Fransalı siyasətçi: “Dəli Makronu dayandırın, o müharibə istəyir”

“Makron müharibə istəyir, onu dayandırmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

O, Fransa Prezidenti Emmanuel Makronu müharibəyə can atmaqda ittiham edib.

“NATO-ya tabe olan dəli Makron açıq şəkildə müharibə istəyir. Makronu və NATO-nu dayandırın!” – deyə Filippo vurğulayıb.

Qeyd edək ki, Makron Qərb quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkün olduğunu bildirib. Onun fikirləri tənqidə səbəb olub. Xüsusilə, paytaxt Parisdə Makronun bu fikirlərinə görə, etiraz aksiyası keçirilib.

Əliyar Xəlil
Globalinfo.az