Fransa hüquq-mühafizə orqanları milyarder İlon Maskın X sosial şəbəkəsini onun alqoritminin xarici müdaxilə məqsədilə manipulyasiya edildiyinə dair şikayətlərdən sonra araşdırmaq qərarına gəlib.
Globalinfo.az bildirir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Paris prokurorluğu da artıq cinayət işi açıldığını təsdiqləyib.
Nəşr yazır ki, Milli Jandarma X-i hüquqi və onu idarə edən fiziki şəxslər kimi araşdıracaq.
Bu, xüsusən mütəşəkkil qrup tərəfindən avtomatlaşdırılmış məlumatların emalı sisteminin fəaliyyətinin pozulması, informasiyanın qanunsuz çıxarılması kimi cinayətlərə aiddir.
Paris prokurorluğundan bildirilib ki, istintaqa ilin əvvəlində X alqoritmindən xaricdən müdaxilə məqsədilə istifadəni göstərən iki məlumat daxil olub. X platforması ilə bağlı bir sıra araşdırmalar Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində 2023-cü ilin dekabrından Avropa İttifaqı səviyyəsində davam etdirilir.
Əliyar Xəlil