Fransadan gərginlik yaradacaq Qarabağ həmlələri

Daim Ermənistanın mövqeyini müdafiə edən və Qarabağla bağlı məsələlərdə absurd mövqe sərgiləyən Fransa yeni təxribata hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Paris meri Ann İdalqonu avqustun 30-da İrəvana gələcəyi və Fransanın hazırladığı “humanitar” yüklərin Laçın yoluna çatdırılması prosesində iştirak edəcəyi bildirilir.

Yəni mer Fransanın başlatdığı TIR şousuna rəhbərlik edəcək.

Daha bir təxribat isə Fransanın Kommunist Partiyasından gəlib. Belə ki, partiya Fransanı Xankəndidəki saxta rejimin müstəqilliyini tanımağa dəvət edib.

Tamerlan Yayaqan
Globalinfo.az