Fransadan Ermənistana öldürücü zərbə: spiker İrəvanda ermənilərə elə şeylər deyib ki…

Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive özünün dediyi kimi, Azərbaycanla münaqişə fonunda Ermənistana dəstəyini ifadə etmək üçün İrəvana səfər etdi. Və Paşinyan hökumətinin 2023-cü ildə Fransaya bağladıqları ümidlərini alt-üst edib, səfərini başa vurdu.

Səfər ərəfəsində Ermənistan hökuməti xanım spikerin ziyarətindən heç də böyük nəticələr gözləmədiyini büruzə verirdi. Ona görə də bu səfər Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə Paşinyanın nəzarətində olan mediada geniş içıqlandırılmadı. Amma səfərin bu qədər uğursuz olacağını nə hakimiyyətdə təmsil olunanlar, nə də Fransada canfəşanlıq edən diaspora rəhbərləri gözləmirdi. Ermənistana dəstəyini ifadə etmək üçün səfər edən Yael Bron-Pive Fransaya bağlanan erməni ümidlərini də özü ilə aparıb getdi. Ermənilər xanım spikerin Ermənistana səfərinə və eləcə də Fransaya bu qədər böyük ümid bəsləməkdə yanıldıqlarını bir daha başa düşdülər.

Beləliklə, Yael Bron-Pivenin İrəvana səfəri zamanı erməni ictimaiyyətinin məyusluğuna səbəb olan çıxışlar:

– Fransa qondarma respublikanın müstəqilliyini tanımır və tanımaq fikri də yoxdur. Çünki bu, Fransanın imkanları xaricindədir. Ermənilər bundan sonra bu barədə özlərini əziyyətə salmamalıdır. Çünki Fransanın özündə də müstəqillik əldə etmək üçün növbə gözləyən regionlar var. Fransa beynəlxalq hüququ əsas götürür və bu hüquq da qondarma rejimlərin tanınmasını qəbul etmir.

– Tərəflər razılığa gələ bilsələr Fransa Minsk Qrupunun fəaliyyətini bərpa etmək marağındadır. Amma bu mümkün olmasa digər platformalar da var və onları nəzərdən keçirmək lazımdır. Beləliklə, ermənilərin ATƏT-in Minsk Qrupunun dirildilməsinə olan ümidləri də həyata keçməyəcək.

– Laçın dəhlizində mövcud olan vəziyyət danışıqlar vasitəsi ilə həll olunmalı, çıxış yolu Azərbaycanla birlikdə tapılmalıdır.

Deməli, burada da ermənilərin ortaya atdıqları versiya həyata keçmədi. Xanım spiker də erməni yalanlarına inanmadıqlarını dolayı yolla ifadə etdi.

– Fransa münaqişədə vasitəçi rolunu oynamaq istəyir. Amma ermənilər vasitəçinin üzərinə onun həll edə bilmədiyi məsələlər qoyurlar. Fransa Milli Şurasının spikeri erməniləri başa salmağa çalışır ki, onlar öz istəklərində bir qədər təvazökar olsunlar. Frans öz xarici siyasətini erməni arzularına qurban vermək fikrində deyil. Onlar Fransanın imkanlarını çox yüksək qiymətləndirməkdə böyük yanlışlığa yol verirlər.

– Əgər Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlayarsa Fransa nə edəcək? Təbii ki, bu müharibənin qarşısını almaq üçün heç nə. Bu barədə müharibə başlayanda danışarıq – deyə Fransadan olan qonaq bildirib. Deməli, ermənilər bu müharibənin baş verməməsi üçün çalışmalıdırlar. Müharibə baş verərsə Fransa bu müharibənin qarşısını almaq üçün hərəkətə keçərkən Azərbaycan ordusu bilmək olmaz Ermənistanın harasında olacaq.

– 120 min Erməninin blokadada qalması da inandırıcı kimi gəlməyib xanım spikerə. Çünki Ermənistan rəhbərliyinin ciddi-cəhdlərinə baxmayaraq o bu məsələyə gözlənilən reaksiyanı verməyib. Çünki blokadanın olmasına belə ermənilərdən başqa heç kim inanmır. 120 min nəfərin orada yaşaması isə elə Fransa tərəfindən də fantastika kimi qəbul olunur.

Yael Bron-Pivenin uzun müddətdir ki, beynəlxalq münasibətlər sahəsində çalışmasına baxmayaraq siyasi xadim kimi formalaşması barədə danışmaq mümkün deyil. Onun spiker seçilənə qədər Fransanın siyasi həyatında ciddi rol oynaması barədə məlumatlar da yoxdur.

Fransanın yüksək səviyyəli dövlət xadiminin səfərindən irəli gələn məyusluq görəsən erməni siyasətçilərinə dərs olacaqmı? Əlbəttə ki yox. Ermənilər onlara keçilən dərslərdən nəticə çıxaran olsaydılar heç erməni olmazdılar. Əksinə, onlar daha da var qüvvələri ilə həyasızlıqlarını davam etdirəcəklər.

Bütün bunlara baxmayaraq artıq 2023-cü ilin Ermənistan üçün çox uğursuz başladığını demək mümkündür. Laçın rayonundakı hadisələr fonunda Paşinyanın qondarma respublikadan əlini tamamilə çəkməsi və bu barədə bəyanat verməsi, Rusiya ilə münasibətlərin ən gərgin dövrə qədəm qoyması, Avropa ilə danışıqların dayanma nöqtəsinə çatması – bir il ərzində bu ölkəni gözləyən hadisələrin heç də ürəkaçan olmayacağından xəbər verir. Ermənilərin yeganə ümidi yenə də Azərbaycana qalıb. Bunu nə qədər tez dərk etsələr bir o qədər yaxşı olacaq, ermənilər və region üçün.

Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün