Gürcüstan müxalifətinin liderləri etiraz aksiyasının keçirildiyi parlament binasının qarşısına gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Bildirilir ki, mitinq iştirakçılarına Giorgi Vaşadze, Elene Xoştariya, Levan Bejaşvili, Tamar Kordzaia, Giorgi Botkoveli və Sergi Çixladze qoşulub. Onlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsinə qarşı çıxıblar.
Etirazçılar qeyd edirlər ki, sözügedən qanun Gürcüstanın Avropaya inteqrasiya prosesinə mane olacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə səfərbər olunub. Bu gün aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə dəfə əlbəyaxa dava düşüb.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanın zorakılıq xarakteri daşıdığı və Daxili İşlər Nazirliyinin qanunla nəzərdə tutulan xüsusi vasitələrdən istifadə etdiyi barədə bəyanat yayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az