xeste410410 1

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb.

Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğlu Allahbaxış ağır xəsarət alıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, 3 gün ərzində göstərilən tibbi yardımlara baxmayaraq yaralı bu gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: