VACİB XƏBƏRLƏR

Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat etdi

Dünya
25c3d89fd6b14f20aa09c40127abeb0f

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Munro 93 yaşında vəfat edib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Globe and Mail” nəşri onun yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, yazıçı 10 il demensiyadan əziyyət çəkib. Munronun Kanadanın Ontario əyalətindəki qocalar evində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, Britaniya Kolumbiyası və Kvinslend Universitetlərində ədəbiyyatdan dərs deyib. 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq “Buker” mükafatını qazanıb və dörd il sonra “müasir qısa hekayənin ustası” kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış