KMO 163173 00012 1 t218 174706

“Xarici agentlər haqqında qanunun qəbulu oliqarx Bidzina İvanişvilinin Gürcü xalqına müharibə elan etməsi kimi dəyərləndirilməlidr”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili deyib.

“Oliqarx gürcü xalqına müharibə elan etdi. Xalq özünü müdafiə etməyi bacarmalıdır.Əks halda onlar hər kəsə çatacaqlar. İrəli, Gürcüstan!”, – Saakaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti qalmaqallı qanunu üçüncü oxunuşdan sonra qəbul edib. Gürcüstanın Tbilisi və digər şəhərlərində isə qanunun qəbuluna qarşı etiraz aksiyaları bir aya yaxındır ki, səngimək bilmir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: