66317a310da6466317a310da65171451857766317a310da6266317a310da63

ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya İdarəsinin rəhbəri Cim O`Brayen deyib.

O bildirib ki, Gürcüstan hakimiyyəti Aİ və digər tərəfdaşlara hücumlarını davam etdirsə, sanksiyalar tətbiq olunacaq.

“Parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsi dəyişməsə, Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinə, o cümlədən iqtisadi qurumlara qarşı sanksiyalar tətbiq edəcək. Əgər indi bizə tərəfdaş yox, düşmən kimi baxırlarsa, bütün maliyyə yardımları nəzərdən keçirilməlidir. Qanun indiki kimi qalsa, biz demokratiyanın aşınmasını və dinc nümayişçilərə qarşı zorakılığın tətbiq olunmasını görəcəyik. Təbii ki, ABŞ tərəfindən müəyyən məhdudiyyətlər olacaq. Bu, ilk növbədə maliyyə tərəfinə təsir edəcək”, – deyə O’Brayen vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: