Fransada yeni əks-kəşfiyyat rəisi ilk dəfə qadın oldu

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilən ilk qadındır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib:

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, – deyə nazir bildirib.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.