Fransada Makronun reytinqi aşağı düşdü

Fransa Prezidenti Emmanuel Makron ictimai etimad reytinqində daha iki faiz bəndi geriləyib.

Globalinfo.az xəbər verir ki,  bu, 2022-ci ildən bəri ən aşağı səviyyəli göstəricidir.

“Elabe” sosioloji xidmətinin sorğusuna əsasən Makrona etimad səviyyəsi 25%-ə düşüb.

Onun əhalini Ukraynaya dəstək ehtiyacına inandırmaq cəhdləri, eləcə də iqtisadiyyatdakı problemlər səbəbindən Makrona inam azalıb.

Bildirilib ki, Qabriel Attalın baş nazir təyin edilməsi də ona uğur gətirməyib.

Qeyd olunub ki, Makronun siyasətindən ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) yaşayıb.