40521ae7 3d9d 3af8 8eca 9bff3cb3a633 850

Fransada ölkə səviyyəsində müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə 50 şəhər və qəsəbədə “Makron-Barnye hökumətinə” qarşı etiraz nümayişi keçirilib.

Globalinfo.az xəbər verir ki, fransız xalqı parlament seçkilərinin nəticələrinin tanınmasını tələb edir.

“Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir baş nazir təyin edib”, – deyə Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilib.

Qeyd edək ki, Fransanın Mişel Barnyenin rəhbərlik etdiyi yeni Nazirlər Kabineti bu gün elan edilib.

Paylaş: