Fransadan Ukraynaya “möhtəşəm” hərbi yardım

“Rəsmi Paris Kiyevə  yeni yardım paketi çərçivəsində yüzlərlə VAB zirehli maşını, o cümlədən SAMP/T hava hücumundan müdafiə sistemləri üçün “Aster-30″ raketləri göndərəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornyu “La Tribune” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Fransa 2024-2025-ci illərdə Ukraynaya VAB zirehli maşınları göndərəcək.

Qeyd edək ki, VAB zirehli maşınları köhnə model olsa da, hələ istifadəyə yararlı olduğu deyilib.