Fransa Ukraynaya yeni nəsil kamikadze PUA-lar verəcək

Fransa yeni nəsil kamikadze PUA-larını sınaqdan keçirir və onları Ukraynaya verməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri yaxın həftələrdə pilotsuz təyyarələrdən istifadə edə biləcək.

Lekornu qeyd edib ki, Kiyevə PUA-ların tədarükü Fransaya yeni dronları döyüşdə sınaqdan keçirmək imkanı verir. Nazir bildirib ki, Fransa həmçinin Ukraynanı yer-hava raketləri, eləcə də “Sezar” özüyeriyən artilleriya sistemləri ilə təchiz etməyi davam etdirməyi planlaşdırır.