Fransa hərəkətə keçdi: Ukrayna ilə bağlı kritik təklif reallaşır

Fransa Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin ittifaqını yaratmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransanın xarici işlər naziri Stefan Sejurne martın 8-də Litvada olub. O, Baltikyanı ölkələrin rəsmiləri və ukraynalı həmkarları ilə görüşüb. S.Sejurne ərazilərin minalardan təmizlənməsi sahəsində sahələrdə xarici qoşunların Ukraynaya mümkün yardımı məsələsinin müzakirə olunduğunu açıqlayıb.

“Rusiya Ukraynaya necə kömək edəcəyimizi bizə söyləməməlidir. Ukraynaya dəstəyin heç bir forması istisna edilməməlidir”, – Sejurne vurğulayıb.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin vacibliyi ilə bağlı təklif irəli sürüb. Lakin Almaniya, Çexiya və Polşa da daxil olmaqla əksər Avropa ölkələri belə planlarının olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az