makron

Fransanın keçmiş baş naziri Eduard Filip Prezident Emmanuel Makronu istefaya çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Fransa ölkəyə ziyan vuran siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxmalıdır. Bu vəziyyətin daha 18 ay davam etməsi (Makronun qalan prezidentlik müddəti) çox uzundur. Yeni parlament seçkilərinin hakim çoxluğu yarada bilməməsi dəhşətli riskdir. Bu, böhranı daha da pisləşdirəcək”, – Filip bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Yelisey Sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun da qəbul etdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: