Fransa spikeri Ermənistanda

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İrəvanın Zvartnots hava limanında Ermənistana iki günlük səfərə gələn Fransa nümayəndə heyətini Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.

Nümayəndə heyətinin Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşləri, həmçinin Ermənistan Milli Assambleyasının sədri ilə birgə mətbuat konfransı planlaşdırılıb.