“Fransa İrana qarşı əməliyyatlarda iştirak etmir və etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın Tehrandakı səfirliyi açıqlayıb.
Səfirlik Yaxın Şərqdəki Fransa bazalarında ABŞ hərbi avadanlıqlarının yerləşdirildiyinə dair məlumatların yalan olduğunu bildirib:
“Fransadakı Easter Hava Bazasında döyüş təyyarələri deyil, əməliyyat dəstəyi göstərən Amerika təyyarələrinin enişi qəbul edilir. Bu, NATO çərçivəsində geniş yayılmış bir təcrübədir. Biz əməliyyatlara qoşulmayacağıq, sadəcə bölgədəki tərəfdaşlarımızın müdafiəsinə dəstək verəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az