Fransa Nyu-Yorkda keçirilən beynəlxalq sammitdə Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açılış nitqində deyib:
“İsrail və Fələstinin sülh və təhlükəsizlik içində yanaşı yaşaya bilməsi üçün iki dövlətli həll imkanını qorumaq üçün əlimizdən gələni etməliyik. Fransa Fələstin dövlətini tanıyır”.
Aysel Əliyeva
Globalinfo.az