2023 01 04T130651Z 3 LYNXMPEJ030CE RTROPTP 3 CLIMATE CHANGE FRANCE PROTEST

Fransa Baş nazirinin iqamətgahına boyalı hücum olub.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, hücumu “Derniere Renovation” (“Son yenilik”) təşkilatının iki fəalı həyata keçirib.

Ekofəallar ölkə Baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının girişindəki darvaza və divara narıncı boya atıblar.

Ekofəallar bununla hökuməti iqlim dəyişiklikləri problemlərinə daha həssas yanaşmağa, digər məsələlərlə yanaşı, istilikdən səmərəli istifadəni artırmaq üçün bütün yaşayış binalarının təmirinə çağırıblar.

Təşkilatın yaydığı videoda görüntülərdə 20 və 22 yaşlı iki gəncin saxlanma anı əks olunub. Onların əynində “Kimdir günahkar?” yazılmış köynəklər olub.

 

Paylaş: