photo 2025 04 12 20 32 31

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli gündəmin aktual məsələlərini müzakirə edib, həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

***

20:47

Antalyada Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: