63e7a923857f163e7a923857f2167612649963e7a923857ef63e7a923857f0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

63e7a9239153163e7a92391532167612649963e7a9239152f63e7a92391530 63e7a9237aa4563e7a9237aa46167612649963e7a9237aa4363e7a9237aa44 63e7a9236fb1c63e7a9236fb1d167612649963e7a9236fb1a63e7a9236fb1b 63e7a92364bb463e7a92364bb5167612649963e7a92364bb263e7a92364bb3 63e7a92359ee763e7a92359ee8167612649963e7a92359ee563e7a92359ee6

Paylaş: