dmitriyev

Polşa Baş naziri Donald Tusk və amerikalı maliyyəçi Ceffri Epşteyn arasındakı ailə əlaqələrini araşdırmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.

O, X sosial media hesabında Tuskun Epşteynin Rusiya casusu olması iddialarına cavab olaraq bunları yazıb:

“Rusiya Polşa Baş naziri Tuskun Epşteynin gizli qardaşı, yoxsa oğlu olub-olmadığını öyrənmək üçün araşdırmaya başlamalıdır. Onlar bir-birinə oxşamırlarmı?”

Qeyd edək ki, bundan əvvəl Donald Tusk “Epşteyn işi”ni Rusiya ilə əlaqələndirmişdi.

“Polşada amerikalı maliyyəçi Ceffri Epşteynin hərəkətlərinin Rusiya tərəfindən təşkil olunduğuna dair şübhələr artır”, – deyə o bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: