Faytonçu Nazimin səhhətində problem yaranıb? – Özü açıqladı

nazim psiyari

Müğənni Nazim Pişyarinin (Faytonçu) səhhətində yenidən problem yarandığı haqqında məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, yayılan məlumatlarda onun su çiçəyinə yoluxduğu və on gün karantində qalacağı bildirilir.

Səhhəti ilə bağlı Oxu.Az-a açıqlama verən Nazim Pişyari bildirib ki, yayılan məlumatlar əsassızdır.

“Səhhətimdə heç bir problem yoxdur. Biraz nasazlamışdım, artıq sağalmışam, hər şey də normaldır, hər şey qaydasındadır. Xırda bir şeyi çox şişirdiblər. Özümü lap yaxşı hiss edirəm”, – deyə N.Pişyari vurğulayıb.

***12:45

Müğənni Nazim Pişyarinin (Faytonçu) səhhətində yenidən problem yaranıb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova məlumat verib.

Sənətçi ilə telefon bağlantısı edilib.

Nazim su çiçəyinə yoluxduğunu, 10 gün karantində qalacağını və hazırda yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Nazim Pişyari bir müddət öncə insult keçirmişdi.