FXkl834HsmppVjacJ323Lq0k8zLTpYN5GUvScZ3o 1200 2

Türkiyə şou-biznesinin ən rəngarəng simalarından Fatih Ürək vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sənətçinin meneceri və yaxınları açıqlama verib.

Ötən ilin oktyabr ayında evində qəfil halı pisləşən və xəstəxanaya yerləşdirilən, həmin vaxtdan bəri reanimasiya şöbəsində müalicə alan tanınmış sənətçi həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Fatih Ürək 3 aprel 1966-cı ildə Ərzurumda anadan olub. 1993-cü ildə ilk albomunu təqdim edib və 2008-ci ildə səsləndirdiyi “Hadi hadi” və “Sus” mahnıları ilə geniş auditoriyaya tanınıb.

Həmçinin veriliş aparıcısı olub və bir neçə serialda epizodik rolda çəkilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: