O ssenari 44 günlük müharibə zamanı da işə salındı – Paşinyan

“Etirazçıların tələb etdiyi kimi, demarkasiya prosesini dayandırsaq, müharibə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Baş nazir hakimiyyətin müharibə səbəbi ilə devrilməsinə 4 il öncə də cəhd edildiyini bildirib:

“Delimitasiya və demarkasiyanın dayandırılmasını tələb edənlər istəyirlər ki, bəzi xarici qüvvələrin dəstəyi ilə Ermənistan yeni ərazilər itirsin, onlar isə bundan ölkədə siyasi dəyişikliyin həyata keçirilməsi üçün istifadə etsinlər. Eyni ssenari 44 günlük müharibə zamanı da işə salındı. Müharibə yolu ilə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq, ölkədə qeyri-legitim hökumət qurmaq, suverenliyimizi de-fakto və de-yure ləğv etməyə çalışdılar”.

Ayşən Mustafa
Globalinfo.az