
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apara bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr bildirib ki, ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli və sülh danışıqlarının aparılması imkanlarının müzakirə olunduğu telefon danışıqlarından sonra Ərdoğanın bu həftə Putinə zəng etməsi mümkündür.
Xatırladaq ki, Türkiyə prezidenti martın 16-da Trampla danışıb. O, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəklədiyini bildirib.
Günay Rəsulqızı
Globalinfo.az