ETSN açıqladı: Azərbaycanın su ehtiyatı bu qədər azalacaq

Təəssüf ki, iqlim dəyişiklikləri Azərbaycandan da yan keçməyib.

Globalinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yaşayır: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik”.

Nazir müavini deyib ki, proqnozlar çox təəssüf ki, o qədər sakitləşdirici deyil:

“Son 30 ildə Azərbaycanın su ehtiyatı 20 faizə qədər azalıb. 2050-ci ilə qədər də 15-20 faizə qədər azalacağı ehtimal edilir. Bu, bizə sudan məsuliyyətlə istifadə etməli olduğumuzu göstərir”.