Əsirlikdən qaytarılan ukraynalıların sayı

49 mübadilə nəticəsində 2598 ukraynalı hərbçi və mülki şəxs artıq Rusiya əsirliyindən geri qaytarılıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Onun sözlərinə görə, növbəti mübadilələrin həyata keçirilməsi üçün işlər və hazırlıqlar davam edir:

“Biz gözləyirik və ümid edirik ki, yaxın gələcəkdə vətən müdafiəçilərinin ailələri üçün daha bir şad xəbər olacaq, lakin təbii ki, hələ görüləsi çox iş var”.