Ermənilər əsgərimizi bu cür döyüblər

Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin fotosu yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, erməni Teleqram kanallarının paylaşdığı foto və videoda əsgərimizin fiziki təcavüzə məruz qaldığı görünür.

Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.

Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb.