Fransadan ÇAĞIRIŞ: “Silahlı münaqişələrə hazır olun”

“Avropa ABŞ-ın köməyinə arxalanmadan özünü müdafiə etməyə hazır olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne Aİ ölkələrinə çağırış edib.

O bildirib ki, Avropa ölkələri NATO üzrə əsas müttəfiqləri olan ABŞ-ın köməyinə arxalanmadan özlərini müdafiə etməyi bacarmalıdırlar:

“Üçüncü ölkələrdə keçirilən seçkilərin nəticələri Aİ-nin öz təhlükəsizliyini təmin etmək imkanlarına təsir göstərməməlidir. Avropa dövlətləri öz müdafiə sənayesini yaratmalı və silahlı münaqişələrin başlamasına hər an hazır olmalıdır”.

Qeyd edək ki, daha öncə Almaniya kansleri Olaf Şoltz da Qərbin özünümüdafiə qabiliyyətini artırmasının vacibliyinə diqqət çəkib. O, bu il Almaniyanın ilk dəfə olaraq maliyyə xərclərini müvafiq səviyyəyə qaldıracağını deyib və gələcəkdə onu azaltmağı planlaşdırmadığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az