Ermənistanın Gümrü şəhərinin Ağsaqqallar Şurasının üzvü Ruben Mxitaryan ölkədə son vaxtlar həyata keçirilən kadr təyinatlarını tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, sözügedən təyinatlara ironik münasibət bildirib.
R.Mxitaryan qeyd edib ki, son vaxtlar təyinatlar əsasən qohumluq prinsipi üzərindən aparılır:
“Rubinyanın qardaşı və qayınatası, Konjoryanın qardaşı və həyat yoldaşı, Alenin qardaşı və gəlini, Qarikin əmisi və sair. Bu, artıq Ermənistan Respublikası yox, Gerdastan (Qəbilə) Respublikasıdır”.
Mxitaryan bununla Ermənistanda dövlət vəzifələrinə eyni ailə və qohum çevrəsinə aid şəxslərin təyin olunduğuna eyham vurub.
Əliyar Xəlil
Globalinfo.az