
“Büdcə” Ermənistan tərəfindən verilən “kreditlər” hesabına, həmçinin fərdi gəlirlərdən formalaşırdı. Bundan başqa, hər il müəyyən pul toplanılması həyata keçirilirdi, dünyanın bir çox ölkələrindən kim istəyərdisə, xeyriyyə fondları vasitəsilə kömək edə bilərdi”.
Globalinfo.az xəbər verir ki, bunu ağır cinayətlərdə təqsirləndirilən Bako Sahakyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən deyib.
Təqsirləndirilən şəxs Ermənistanın ayırdığı vəsaitlərin “faizsiz kreditlər” adlandırılmasına baxmayaraq, həmin pulların geriyə qaytarılmadığını da etiraf edərək bildirib: “Biz 1991-ci ildən 2023-cü ilədək Ermənistandan göndərilmiş heç bir məbləği qaytarmamışıq, çünki bu, məntiqsiz bir şey idi. Ona görə ki, bizim şəxsi resurslarımız ehtiyaclarımızı qarşılamağa qadir deyildi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 17-də davam etdiriləcək.