Ermənistanı kimin təslim etdiyini görəcəksiniz – Abramyan

“Ermənistanı kimin azad, kimin təslim etdiyini tarix göstərəcək”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan deyib.

O bildirib ki, Paşinyanın atdığı addımlar onun Azərbaycan qarşısında acizliyini göstərir.

“Ermənistan hakimiyyəti ölkə daxilində vətəndaşlarla şantaj, təhqir və təhdid dili ilə danışır. Danışıqlar prosesinə və Azərbaycanın təhdidlərinə cavab verməyə gəlincə isə onlar özlərini aşağılayırlar və boyun əyirlər.

Ermənistan rəhbərliyinin siyasi trayektoriyası hamının gözü qarşısındadır.  Odur ki, məğlub olaraq  ölkəni kimin təslim etdiyini tarix açıq-aydın göstərəcək”, – deyə Abramyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az