Ermənistandan Ramil Səfərovla bağlı daha bir maraqlı AÇIQLAMA

“Serj Sərkisyanın Macarıstanla diplomatik münasibətləri kəsmək qərarı uzaqgörən addım deyildi və dövlət düşüncəsindən çox uzaq idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni deputat Qurqen Arsenyan deyib.

O bildirib ki, Ramil Səfərovun Bakıya təhvil verilməsinə görə rəsmi Budapeştlə əlaqələri kəsmək yanlış addım olub:

“Əgər siz mənfi münasibət göstərmək istəyirsinizsə, bunu ölkə liderinə qarşı etməlisiniz. Diplomatik münasibətlərin kəsilməsi o deməkdir ki, xalqlar arasındakı əlaqələri dayandırırsınız”.

Qeyd edək ki, Ermənistan 2012-ci ilin avqustunda Budapeştlə diplomatik münasibətləri kəsib. Buna səbəb Ramil Səfərovun Azərbaycana ekstradisiyası qərarı olmuşdu.

Bir qədər əvvəl Ermənistanın Macarıstanla əlaqələri bərpa etməyə çalışması barədə xəbərlər yayılmışdı.

Tamerlan Yayaqan
Globalinfo.az