Ermənistan Xarici İşlər Nazirliyi vətəndaşlarını müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda nazirlik hazırda Livanda yaşayan vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.
Yaranan problemlər zamanı vətəndaşlara Ermənistanın Livandakı səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilib.