Ermənistandan KTMT ilə bağlı növbəti qərar

Ermənistan 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

“Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməkdən çəkinəcək. Eyni zamanda, İrəvan bu qərarın qəbuluna etiraz etməyəcək”, – deyə Badalyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanla bağlı öhdəliyini yerinə yetirmədiyini və bu səbəbdən də İrəvanın təşkilatdakı fəaliyyətini dondurduğunu açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az