Ermənistandan Hindistana silah bazarlığı: İrəvanın qırıcı sevdası

1548673965 30

Ermənistan Azərbaycanın artan hava hərbi gücünə cavab olaraq Hindistanda istehsal olunan Su-30MKİ qırıcı təyyarələrinə maraq göstərir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Jetline Marvel” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Azərbaycan Pakistandan dəyəri 4,6 milyard dollar olan “JF-17 Thunder Block III” döyüş təyyarələri alaraq hava qüvvələrini gücləndirir. Bu şəraitdə Ermənistan Hindistana müraciət edərək Su-30MKİ qırıcılarını almaq üçün danışıqlara başlayıb.
Hindistanın bu tip təyyarələri “Sındur” əməliyyatı zamanı sınaqdan keçirilib və yüksək dəqiqliklə zərbələr endirmək bacarığını nümayiş etdirib.

Su-30MKİ hava şəraitindən asılı olmayaraq uçuş həyata keçirə, hədəfləri tək və ya qrup halında vura, avtopilot rejimində hərəkət edə bilir. 2024-cü ilədək bu təyyarələrdən təxminən 600 ədəd istehsal olunub.

Mütəxəssislər hesab edirlər ki, modernləşdirilən Su-30MKİ Qərb alternativlərinə nisbətən daha güclü və qənaətcil bir seçimdir.

Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması Cənubi Qafqazda sülhə böyük təhdiddir. Ermənistanın bu silahları Azərbaycana hücum üçün aldığına dair şübhələr var. Rəsmi Bakı qeyd edir ki, Ermənistan silahlanmanı təhlükəli həddə çatdırsa, bundan Azərbaycan ərzailərinə qarşı istifadə etməyə hazırlaşsa, dərhal buna cavab veriləcək.

Aysel Əliyeva
Globalinfo.az