“Fənərbağça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, “Fənərbağça” oktyabrın 3-də Bakıda “Turan Tovuz”la üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.