Paşinyanın yeni seçkilərə gedəcəyi vaxt açıqlandı

“Ermənistanda növbədənkənar seçkilər keçirilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Spiker İrəvan hökumətinin üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməli olduğunu bildirib:

“Ermənistan vətəndaşları artıq öz seçimlərini ediblər. Seçki ilə bağlı hər hansı müzakirə olmayıb, olması da nəzərdə tutulmur. Bizim bir missiyamız var: Ermənistana və regiona sülh gətirməliyik. Ancaq bundan sonra seçkilər keçirilə bilər. Biz öz mövqeyimizi ortaya qoyacağıq, müxalifət də öz yanaşmasını sərgiləyəcək. Ermənistan xalqı da bir daha azad və ədalətli şəkildə qərar verəcək”.

Ayşən Mustafa
Globalinfo.az