Ermənistanda nazir döyüldü – Mirzoyana hücum olub

“Aprelin 9-da İrəvan məhkəməsində iğtişaş yaşanıb. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan döyülməsi ilə bağlı məhkəməyə dindirilmək üçün çağırılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmədə dindirilən Mirzoyan 9 aprel parlament iclasından sonra bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Mirzoyan bundan əvvəl də döyülüb. 2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından qəzəblənən etirazçılar Ararat Mirzoyanı vəhşicəsinə döymüşdü.

Safura Bənnayeva
Globalinfo.az