Ermənistanda müharibə hazırlığı: yeni PUA-lar alınır

Hindistanla Ermənistanın silah tədarükü sahəsindəki əməkdaşlığı artır.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Belə ki, Ermənistan Hindistandan “Tapas bh-201” PUA-larını almaqla ordunun döyüş qabiliyyətini artırmaq istəyir.

Sözügedən texnika orta hündürlükdə uçan çoxməqsədli, böyük uçuş müddətinə sahib PUA sayılır.

PUA-nın maksimal sürəti 265 km/s-dır. Fasiləsiz uçuşda 16-24 saat havada qala bilir. Daşıdığı döyüş yükü 350 kiloqrama bərabərdir.

Globalinfo.az