volkov

Ermənistan mediası Xankəndidəki separatçılara istinadən yazır ki, dünəndən “yoxa çıxan” Volkov ermənilərin “yolu açın” tələbinə cavab olaraq, “azərbaycanlılara heç nə edə bilmərik” deyib.

Globalinfo.az bildirir ki, bu barədə analitik Asif Nərimanlı qeyd edib.

“Eyni zamanda, qondarma “arsax nümayəndələrinin” azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların “deputatlarına” aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilməyib. Baş separatçı Araik isə “yolun açılması” üçün Volkova məktub yazmaq qərarına gəlib.

Azərbaycan xalqı Qarabağda siyasi mənzərəni dəyişdirir”, – o bildirib.

Qeyd edək ki, Laçın yolunda azərbaycanlı ekoloqların aksiyaya başlamasından sonra general Volkov yoxa çıxıb. Bu vaxta qədər sözügedən proseslərlə bağlı onun hər hansı reaksiyasına rast gəlinməyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: