“ABŞ Ermənistanda KİV və güc strukturlarını nəzarətə götürür”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya hakim dairələrinə yaxın “Rıbar” Teleqram kanalı çıxış edib.
Məlumata görə, Vaşinqton İrəvanı tarixi dəyişikliyə hazırlayır:
“ABŞ dövlət katibinin müavini Uzra Zeya dünən amerikalıların 2021-ci ildən bu yana Ermənistan Patrul Polisinə 16 milyon dollar investisiya yatırdıqlarını dedi. Bu gün diplomat təsdiq etdi ki, ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində işləyəcək. U.Zeya iyulun 13-dən 17-nə qədər İrəvanda olub. Məsələ budur ki, amerikalı məmurlar artıq hər həftə Ermənistanı ziyarət edirlər. Gözlənilən dəyişikliklərə Zəngəzur dəhlizinin verilməsi də daxildir. Bu fonda hüquq-mühafizə sferasına müdaxilə amerikalıların postsovet məkanında sevdiyi strategiyadır”.
Kanal yazır ki, ABŞ Ermənistanda güc strukturlarına nəzarəti ələ keçirməklə baş verə biləcək etirazların qarşısını almağa çalışır:
“Qəribədir ki, keçən ilə Zeya Moldovanı ziyarət edəndə özü ilə oraya 22 milyon dollarlıq xüsusi rabitə qurğusu gətirib, güc strukturlarına vermişdi. Postsovet məkanında qərbyönlü hökumətlərin yürütdüyü qeyri-populyar siyasəti nəzərə alaraq, amerikalılar məcburi şəkildə KİV-lər kimi yerli hüquq mühafizə orqanlarını da nəzarətə götürməli olurlar. Payızda Ermənistanda yeni etirazların olma ehtimalı var. Burada isə güc strukturlarının loyallığı böyük rol oynaya bilər. Ona görə də ABŞ hökuməti Zeyanın simasında onlarla şəxsən görüşür”.
Əliyar Xəlil
Globalinfo.az