Ermənistanda çevriliş etmək istəyirlər – “Məqsəd Zəngəzurdur”

“Qarabağdan köçən ermənilər vasitəsilə ölkədə çevriliş etmək istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.

O, müxalifətin hakimiyyət əleyhinə hərəkələtlərinin Zəngəzurdan dəhliz verilməsi ilə nəticələnəcəyini bildirib:

“Küçələrdə sirk nümayəndələri kimi dolaşan şəxslər Qarabağdan köçənlərin emosiyaları ilə oynayırlar. Sakinləri küçə döyüşlərinə başlamağa, çevriliş etməyə çağırırlar. Qarabağın guya xilası üçün çevriliş etdilər, nəticədə oranı itirdik. İndi Ermənistanda Qarabağdan köçən şəxslər vasitəsilə çevriliş etmək istəyirlər. Son məqsədləri Zəngəzurdan Azərbaycana dəhliz verməkdir”.

Ayşən Mustafa
Globalinfo.az