Ermənistana PUA-ları bu dövlət verib: araşdırmalar skandal nəticələr vəd edir

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan, o cümlədən PUA-larından atəşə tutub.

Diqqətçəkən məqam budəfəki təxribatlar zamanı Ermənistanın zərbə PUA-larından aktiv istifadə etməsidir. Ermənistan son zamanlar xüsusilə İrandan çoxsaylı PUA-lar alıb. Nəzərə alsaq ki, sonuncu təxribatlar zamanı İran sərhəddə kəşfiyyat PUA-larını havaya qaldıraraq Ermənistana məlumatlar ötürüb, Tehranla bağlı ciddi suallar ortaya çıxır.

Maraqlıdır, hazırkı təxribatlarda Ermənistanın istifadə etdiyi zərbə PUA-ları İran istehsalıdır? Tehran pərdəarxasından İrəvana yardım edir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxan bir neçə dövlətdən biridir:

Əlimusa İbrahimov

“Fransa, Rusiya və İran təkcə iki ölkə münasibətlərinin normallaşmasına qarşı çıxmır, həm də İrəvanı təxribatlara sövq edir.

Xüsusilə İran pərdəarxasından Ermənistana silah yardımı edir. Bir müddət öncə Ermənistan İrandan çoxsaylı zərbə PUA-ları aldı. Hər nə qədər aldı desək də bu PUA-ların Ermənistana pulsuz verilmə ehtimalı da var.

Mövcud təxribatlar zamanı Ermənistanın ordumuza qarşı istifadə etdiyi zərbə PUA-ları böyük ehtimalla İrandan alınan PUA-lardır. Təxribatlar səngiyəndən sonra, ya da elə təxribatların davam etdiyi bir zamanda vurulan həmin zərbə PUA-ların qalıqlarından biz bunu daha yaxşı müəyyən edəcəyik.

İnanıram ki, həmin PUA qalıqları araşdırıldıqda İran istehsalı olduğu müəyyən ediləcək. Şübhəsiz ki, Ermənistanın birdə-birə bu qədər cəsarətlənməsi təsadüfi deyil. İrəvanın arxasında güc olmasa bu qədər riskli addımlar atmaz. Mümkündür ki, Ermənistanı təxribata sövq edən əsas ölkə məhz İrandır”.

Turan Rzayev
Globalinfo.az