Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası müzakirələri ilə bağlı zarafat edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
Dmitriyev “yadplanetlilərə” təşəkkür edərək bildirib ki, Starmerin yaşadığı siyasi problemlərdə onların rolu var.
“Əziz “yadplanetlilər”, Starmerin istefası istiqamətində gördüyünüz işlərə görə sizə təşəkkür edirəm”, — o bildirib.
Dmitriyev qeyd edib ki, hazırda Böyük Britaniyada siyasi vəziyyət gərgindir: baş nazirin bir sıra nazirləri istefa verir, gənclər arasında onun reytinqi aşağı düşür və rəqəmsal şəxsiyyət vəsiqələri ilə bağlı təşəbbüslər ictimai narazılıq doğurub. O həmçinin deyib ki, tezliklə Starmerin istefası da gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az