“Ümid edirik ki, Ermənistan Avropa İttifaqına inteqrasiyasının yarada biləcəyi nəticələri təhlil edə biləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov deyib.
Maslennikovun sözlərinə görə, Ermənistanın Avropa istiqamətində atdığı addımların mümkün riskləri də nəzərə alınmalıdır.
Rusiyalı diplomat Ermənistanın hazırkı Avropaya inteqrasiya siyasətini “avantüra” adlandırıb və bu kursun təhlükələrinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın zamanda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az