Ermənistan XİN başçısı: “İrəvanın istəyi NATO deyil, hədəfimiz oradır”

“Rusiya 2020-ci ildə təhlükəsizliyə nəzarət üçün Qarabağa sülhməramlılar göndərdi, lakin sərhəddə bir neçə dəfə toqquşmalar oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  Argentinanın “Todos Noticias” televiziyasına müsahibəsində deyib.

A.Mirozyan bildirib ki, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil:

“Bir neçə onilliklər ərzində əlimizdə olan təhlükəsizlik mexanizmləri işləmədi. Ona görə də biz Avropa İttifaqından xahiş etməli olduq ki, gəlib ərazidə vəziyyəti müşahidə etsin. İndi isə Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.

“NATO-ya daxil olmaq məsələsi bu gün Ermənistanın gündəmində deyil. Lakin ermənilərin həqiqətən Avropa İttifaqına daxil olmaq istəyi var. Baş nazir Nikol Paşinyanın da dediyi kimi: “Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ ilə yaxın olmağa hazırdır”, – Mirzoyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az