Ermənistan və İraq hərbi əməkdaşlığı müzakirə etdilər

Ermənistan prezidenti Xaçaturyan Bağdada ilk rəsmi səfəri zamanı iraqlı həmkarı Əbdüllətif Camal Rəşid və ölkənin baş naziri Məhəmməd Şiyə əs-Sudani ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

“Biz müdafiə və təhlükəsizlik sahələrində Ermənistan-İraq əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə toxunduq”, – deyə Ermənistan prezidenti görüş zamanı bildirib.

İraq prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan prezidentinin İraqın Kürdüstan bölgəsinə də səfəri gözlənilir.